Accessibility links

Roma Papası ABŞ yepiskopunun istefasını qəbul edib


Roma Papası Fransis böyüklərə cinsi təcavüzə görə təqsirləndirilən ABŞ yepiskopunun istefasını qəbul edib.

ABŞ-ın Vatikandakı sabiq səfiri Arxeyepiskop Karlo Mariya Viqano Roma Papasını Vaşinqtonun arxiyepiskopu Teodor MakKarriki vəzifəsindən uzaqlaşdırmağa çağırıb.

ABŞ-ın Qərbi Virciniya ştatının yepiskopu Maykl Bransfield indi Vatikan istintaqı ilə üzləşəcək.

Bransfildin istefası ABŞ kilsəsinin yüksək liderləri bir sıra ölkələrdə kilsəni sarsıdan skandalı nəzərdən keçirmək üçün Roma Papası ilə görüşdüklari zamana təsadüf edir.

ABŞ kilsəsinin başçısı Kardinal Daniel DiNardo görüşün uzun və məhsuldar olduğunu bildirib. Lakin ABŞ kilsəslərinin rəhbərləri kilsələrdə cinsi istismar olduğu halda iddiaları həll etmək üçün hansı addımlar atılacağını bildirməyib.

Arxiyepiskop Teodor MakKarrik
Arxiyepiskop Teodor MakKarrik

ABŞ-ın Vatikandakı sabiq səfiri Arxeyepiskop Karlo Mariya Viqano Roma Papasını 1970-ci illərdə gənc keşiş köməkçisi olan oğlana, gənc kahinlərə və digər seminaristlərə qarşı sui-istifadə etmə iddialarından sonra Vaşinqtonun arxiyepiskopu Teodor MakKarriki vəzifəsindən uzaqlaşdırmağa çağırıb.

Bu arada, Çili hakimiyyəti cümə axşamı dörd kilsədə reyd keçirərək, kilsə sənədlərini müsadirə edib və kilsələrdə yetkinlik yaşına çatmayanların cinsi istismarına və bunun arxiyepiskoplar tərəfindən ört-basdır edildiyi üzə çıxıb.

XS
SM
MD
LG