Accessibility links

Roma Papası Fransis: `Cinsi təcavüz skandalları gənc nəsli kilsədən uzaqlaşdırır`


Roma Papası Fransis dindarların cinsi təcavüz skandaları və kilsələrin buna reaksiyalarının gənc nəslin kilsədən uzaqlaşmasına səbəb olacağını deyib.

Baltik ölkələrinə dörd günlük səfərinin sonuncu günü Roma Papası gənclərin deyil, kilsənin dəyişməli olduğunu bildirib.

Geri döndükdən sonra isə dindarların uşaqlara qarşı cinsi zorakılığıni dəhşətli hərəkət adlandıran Roma Papası deyib ki, o belə hərəkətlərin əvf edilməsini nəzərdən keçirmir.

Roma Papası Fransis Almaniyanın katolik kilsəsində cinsi təcavüzə dair skandal barədə danışıb. Bu sonuncu qalmaqalla bağlı açıqlanan hesabatda 70 il ərzində həmin kilsədə 3 677 nəfərin cinzi təcavüz qurbanı olduğu, 1 700 ruhaninin təqsirli bilindiyi bildirilib.

Roma Papası kilsənin günahkar dindarlara qarşı mərhəmətli olmayacağını deyib.

Bir çox tənqidçi kilsə liderlərini dindarları qorumaqda və bu kimi skandalları ört-basdır etməkdə ittiham edib.

ABŞ-ın Vatikandakı sabiq səfiri isə Roma Papasını seminariya tələbələri ilə cinsi əlaqəyə girən ABŞ kardinalını qorumaqda günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG