Accessibility links

Roma Papası Milad müraciətində imkansızlara köməyə çağırıb


Roma Papası Fransis dünya ölkələrini sərhəd tanımayan bir pandemiya qarşısında milliyət divarlarının hörülməməsinə, COVID-19-a qarşı peyvəndləri paylaşmağa, hər kəsin lazımi tibbi yardımı və peyvənd ala bilməsi üçün beynəlxalq əməkdaşlığa çağırıb.

Dünyaya ənənəvi müraciətini müqəddəs Pyotr Bazilikasının eyvanından deyil, içəridən edən Roma Papası Fransis pandemiya səbəbiylə qaranlıq və qeyri-müəyyənlik yaşandığı bir dövrdə COVID-19 peyvəndlərinin ümid işıqları olduğunu deyib.

Papa bu işıqların parlaması və bütün dünyaya ümid gətirməsi üçün hər kəsin istifadəsinə verilməli olduğunu bildirib.

Roma Papası xüsusən də həssas təbəqələrin yaşadığı bölgələr olmaqla, dünya ölkələrini dünyanın hər yerini peyvəndlərlə təmin etməyə çağırıb.

"Qapalı millətçiliyin həqiqi bir ailəsi kimi yaşamağımıza mane olmasına icazə verə bilmərik. Radikal fərdiyyətçilik virusunun qalib gəlməsinə və başqalarının əzablarına laqeyd qalmamıza icazə verə bilmərik" - deyə, Papa bildirib.

Papa cümə günü dünyanın qaynar nöqtələrinə və narahatlıq doğuran ölkələrə müraciət etməzdən əvvəl mesajının çox hissəsini koronavirus pandemiyasına həsr edib. Mənşəyindən asılı olmayaraq, dünyanı birliyə çağırıb.

"Ekoloji böhranın və koronavirus pandemiyasının səbəb olduğu ağır iqtisadi və sosial natarazlıq yaşanan tarixin bu anında biri-birimizi bacı və qardaş kimi qəbul etmək çpc mühümdür" - deyə, Papa əlavə edib.

Roma Papası Fransis xüsusilə həssas olanlara, xəstələrə, işsizlərə və ya pandemiyanın iqtisadi təsirlərinə məruz qalanlara, karantin zamanı məişət zorakılığına məruz qalan qadınlara qarşı səxavətli olmağa, dəstək verməyə çağırıb.

XS
SM
MD
LG