Accessibility links

Roma Papası Ərəbistan yarımadası səfərinə hazırlaşır


Birləşmiş Ərəb Əmirliklərində səfərdə olacaq Roma Papası Fransis region müharibələrində iştirak edən ölkəni katoliklərə daha çox azadlıqlar verilməsinə inandıra biləcəyinə ümid edir.

Bazar axşamı başlayacaq və iki gün davam edəcək BƏƏ səfəri zamanı Papa iki dəfə ictimaiyyət qarşısında çıxış edəcək.

Papanın çərşənbə axşamı Əbu-Dabidə keçiriləcək messasında 120,000 insanın iştirak edəcəyi gözlənilir.

Birləşmiş Ərəb Əmirliklərində yerləşən kilsə
Birləşmiş Ərəb Əmirliklərində yerləşən kilsə

Xristianlıq və bütövlükdə İslamdan başqa digər dinlərə münasibət Körfəz ölkələrində bir-birindən fərqlənir. Rahiblərin, inanclıların və diplomatların sözlərinə görə, BƏƏ bu regionda digər dinlərə qarşı ən tolerant ölkələrdən biridir.

BƏƏ və Küveytdə xristianlar kilsələrdə və kilsə ərazilərində, o cümlədən xüsusi lisenziyası olan yerlərdə dua edə bilərər. Səudiyyə Ərəbistanında isə kilsələr qadağan edilib.

İki milyon katolikin yaşadığı yarımadaya və Səudiyyə Ərəbistanında İslamın müqəddəs yerlərinə Papanın səfəri çox əhəmiyyətli hesab edilir. Papa Fransis Ərəbistan yarımadasına ayaq basacaq ilk pontifikdir.

XS
SM
MD
LG