Accessibility links

Roma Papası Milad müraciətini edib


Roma Papası Fransis inkişaf etmiş dünyanın sakinlərini daha sadə, maddiyyata daha az bağlı həyat sürməyə çağırıb, zənginlərlə yoxsullar arasındakı bölgünü pisləyib.

Francis Vatikandakı Müqəddəs Pyotr bazilikasında ənənəvi Milad müraciətini edib.

82 yaşlı papa deyib ki, İsanın tövlədə kasıblıq içində doğulması hər kəsə həyatın mənasını anlatmalıdır.

“Gəlin, özümüzdən soruşaq: Bütün bu maddi şeylər, həyatın mürəkkəb reseptləri mənə həqiqətənmi lazımdır? Bütün bu gərəksiz əlavələr olmadan, daha sadə həyat sürə bilərəmmi?”- papa deyib.

Dekabrın 25-də Milad günündə isə papa Müqəddəs Pyotr bazilikasının eyvanından ənənəvi “Urbi et Orbi” müraciətini edib.

Latın Amerikasından ilk papa olan Fransis papalığı dövründə yoxsulluq problemlərini vurğulaması ilə yadda qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG