Accessibility links

Roma Papası Benində on minlərlə adamın qarşısında messa keçirib


Roma Papası Benində on minlərlə adamın qarşısında messa keçirib
Roma Papası Benində on minlərlə adamın qarşısında messa keçirib

Roma papası Benedikt Qərbi Afrika ölkəsinə üç günlük səfəri on minlərlə adam qarşısında messa keçirməklə başa vurub.

Beninin ən iri şəhəri sayılan Kotonuda stadionda təşkil edilən mərasimə 50,000 katolik qatılıb. İzdiham iştirakçıları rəngbərəng libaslar geymiş və rəqs etmişlər.

Messada papa Afrika qitəsiin üzləşdiyi problemlərin – konflikt, yoxsulluq və korrupsiyanın araşdırılmasını özündə əks etdirən Apostolik Bəyanatı təqdim edib.

XVI Benedikt Afrika liderlərinə üz tutaraq onları xalqın ümidlərini qarət etməməyə çağırıb.

XS
SM
MD
LG