Accessibility links

Roma papası rahibləri abort etmiş qadınları əfv etməyə çağırıb


O elan edib ki, keşişlər “peşman olan və tövbə edən qadınları" bağışlaya bilər

Roma Papası Fransis keşişləri qarşıdan gələn “Müqəddəs Mərhəmət İli” zamanı qadınların “abort günahlarındı” bağışlamağa çağırıb. Bu, Roma Katolik kilsəsinin ənənəvi mövqeyindən kənarlaşması deməkdir.

Vatikanın açıqladığı məktubda Papa Fransis qadınların abort etmək üçün üzləşdiyi təzyiqdən xəbərdar olduğunu bildirib.

O elan edib ki, keşişlər “peşman olan və tövbə edən qadınları" bağışlaya bilər.

Katolik kilsəsi abortu ciddi bir günah kimi görür və günahkarları kilsədən qovaraq, onları axirətdə cəhənnəmə məhkum edir.

Avropalı olmayan Papa Fransis Katolik kilsəsinin son 1300 ildə qadağan edilmiş mövzulara tolerantlıq nümayiş etdirən ilk rəhbəridir. Buna baxmayaraq o, Katolik kilsənin aborta qarşı çıxmasından imtina etmək niyyətində olduğunu da nümayiş etdirməyib.

Kilsəyə mənsub mühafizəkarlar Papanın sələfləri ilə müqayisədə bu mövzu ilə bağlı daha yumşaq tonda danışmasıından narahatlıq ifadə ediblər.

XS
SM
MD
LG