Accessibility links

Roma Papası Meksika səfərini başa vurur


Roma Papası Fransis Meksikaya səfərinin sonuncu günündə insanların günahlarının bağışlanması üçün dua edərək gəncləri narkotik mafiyası ilə əlaqəli zorakılıqlardan uzaq olmağa çağırıb.

Dünən Papa son 10 ildə 100 mindən çox insanın öldürüldüyü və ya yoxa çıxdığı narkotik qaçaqmalçılığının özəyi olan Miçoakan ştatında gənclər üçün dua mərasimi keçirib.

Papa Fransis həmçinin keşişlər, rahibələr və başqa ruhanilər üçün də dua mərasimi təşkil edərək onları narkotik qaçaqmalçılığı ilə bağlı zorakılıq və ədalətsizliyə qarşı mübarizə aparmağa çağırıb.

Roma Papasının son səfəri bu gün ABŞ-la sərhəddəki Siudad Huarez şəhərinə olacaq. Onun şəhərdə keçirəcəyi dua mərasiminə 200 mindən çox Roma Katolikinin qatılacağı gözlənilir.

Papanın habelə Çihuahua ştatında fəhlələrlə görüşəcəyi və Siudad Huarezdə həbsxananı ziyarət edəcəyi planlaşdırılıb.

XS
SM
MD
LG