Accessibility links

Roma Papası: Ətraf mühitə daha az zərər vuran enerjiyə keçid “dövrün çağırışdır”


Roma Papası Fransis dünyanın neft istehsalı şirkətlərinin rəhbərlərinə bildirib ki, ətraf mühitə daha az zərər vuran enerjiyə keçid “dövrün çağırışdır.”

Şənbə günü Roma Katolik liderlərinin iki günlük konfransının sonunda çıxış edən Papa, şirkət rəhbərlərinə elektrikə çıxışı olmayan bir milyard insanı elektriklə təmin etməyə, lakin bunu ətraf mühitə ziyan vurmadan etməli olduqları ilə bağlı müraciət etdi.

Reuters müxbirləri Pontifik Elmlər Akademiyasının bağlı qapıları arxasında keçirilən presidentsiz konfransdan məlumat yayıblar.

Xəbər agentliyi deyir ki, zirvə toplantısında iştirak edən neft şirkətləri rəhbərləri, sərmayəçilər və Vatikan ekspertləri elmin gəldiyi nəticəyə inanır, iqlim dəyişikliyinin insan fəaliyyəti ilə bağlı olduğunu və buna nəzarət edilməli olduğu qənaətindədirlər.

XS
SM
MD
LG