Accessibility links

Roma Papası Bakıya səfər edəcək


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüb

Oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycana səfər edəcək. O, Bakıya Tbilisidən gələcək. Tbilisidə sentyabrın 30-da olacaq. Bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

Proqrama görə, oktyabrın 2-də Papa müqəddəs Məryəm kilsəsində messa keçirəcək.

Sonra pontifik Azərbaycan prezidenti, müsəlman, pravoslav və yəhudi icmalarının liderləri ilə görüşəcək.

Bundan öncə Papa bildirib ki, bu torpaqlarda qədim xristian köklərinin mövcudluğu, eləcə də dünyada sülh axtarışının təşviqi məqsədilə həmin ölkələrə səfər dəvətini qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG