Accessibility links

Mitt Romni Ohayo ştatında son seçki kampaniyasını keçirib


Amerika prezidentliyinə respublikaçı namizəd Mitt Romni Ohayo ştatında seçki kampaniyasını davam etdirir. Sahibkar qadınlara dəstək nümayiş etdirən namazəd seçildiyi təqdirdə qadınların rəhbərlik etdiyi bizneslərə yardım edəcəyinə söz verib. O deyib ki, qadınlar da kişilər qədər yeni bizneslər açmağa qadirdir.

İctimai rəy sorğularına görə, Romni qadın seçicilər arasında prezident Obamadan daha az dəstəyə malikdir.

Ohayo kampaniyası Romninin gələn həftə keçiriləcək Milli Konvesiyadan əvvəl son kampaniyasıdır. Respublikaçıların konvensiyası Floridanın Tampa şəhərində təşkil ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG