Accessibility links

Ronaldo cinsi təcavüzdə ittiham olunur


Ronaldo cinsi təcavüzdə ittiham olunur
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Ronaldo cinsi təcavüzdə ittiham olunur

Nevadalı bir qadın Kristiano Ronaldonun onu 2009-cu ildə Las Veqasda oteldə zorladığını iddia edərək futbol ulduzunu məhkəməyə verib.

Bu barədə qadının vəkili məlumat yayıb.

Cümə günü dünyanın ən tanınmış idmançılarından biri olan Ronaldonun vəkilləri ittihamı nəşr etdiyi üçün Almaniya jurnalını təhdid edib.

Reuters agentliyi və Mayorqanın vəkilinin verdiyi məlumata görə, hazırda Mayorqa 375 min dollar müqabilində səssiz qalması üçün əldə etdiyi razılaşmaya məhəl qoymadan yeni məhkəmə başladılmasını tələb edir.

Bazar ertəsi Ronaldonun agenti Qestifute və futbolçunun vəkili Kristian Şertzin cümə günü yaydığı bəyanatdan əlavə heç bir şərhi olmadığını bildirib.

Məhkəmə işində iddia olunur ki, Ronaldo 2009-cu ilin iyun ayında Las Veqasdakı bir gecə klubunda Mayorqa ilə tanış olub və növbəti gecə Mayorqa da daxil olmaqla, bir qrup adamı öz penthouse suitinə dəvət edib.

İddiaya görə, həmin gecə Mayorqa paltarını dəyişmək üçün vanna otağına daxil olduqda Ronaldo ona seksual əlaqə təklif edib. Qadın bununla razılaşmadıqda isə Ronaldo Mayorqaya təcavüz edib.

Məhkəmə işində, həmçinin Ronaldonun normalda alicənab biri olduğu və cinsi təcavüzünü bitirdikdən sonra ona üzüldüyünün bildirirək yataq otağına getməsinə icazə verdiyi də qeyd olunub.

Las Veqas polisinin bazar ertəsi verdiyi açıqlamada bildirilir ki, Mayorqanın məhkəmə işində qeyd olunan şikayət ərizəsi mövcud olub və adı açıqlanmayan bir şəxs tərəfindən yeni məlumatlar əldə olunduqdan sonra iş yenidən açılıb. Polis aparılan istintaqda futbolçunun olub-olmadığı ilə bağlı məlumat verməkdən imtina edib.

Ronaldonun nümayəndələri Las Veqas polisi tərəfindən işin yenidən açılması ilə bağlı heç bir şərh verməyib.

Portuqaliyalı futbolçunun vəkilləri cümə günü verdikləri bəyanatda Mayorqa tərəfindən "açıq şəkildə qeyri-qanuni" ittihamları nəşr etdikləri üçün Almaniyanın Der Spiegel jurnalını məhkəməyə verəcəklərini bildirib.

Der Spiegel-in baş redaktor müavini Alfred Veinzierl isə jurnalın yayınladığı hekayəni tam müdafiə edəcəyini qeyd edib.

Mayorqa Der Spiegel-ə bildirdiyi şərhdə artıq 9 ilə yaxındır həmin gecə baş verənlərin nəticələrindən əziyyət çəkdiyi üçün razılaşmanın şərtlərinə bağlı qala bilməyəcəyini deyib.

Beş dəfə ilin ən yaxşı oyunçusu seçilən Ronaldo bu il 116 milyon dollara Real Madriddən Yuventus klubuna transfer edilib. Yuventus klubu da Der Spiegel-in məqaləsinə şərh verməkdən imtina edib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG