Accessibility links

Ronaldoya maliyyə və şərti həbs cəzası verilib 


Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldoya çərşənbə axşamı vergi fırıldaqçılığına görə təxminən 19 milyon avro cərimə tətbiq olunub, lakin o, prokurorla razılıq əldə etdiyi üçün 23 aylıq həbsdən yayınıb.

Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldo çərşənbə axşamı məhkəmə qarşısına çıxarılıb. Orada ona vergidən yayındığına görə, pul cəzası və şərti həbs cəzası verilib.

Yuventusun hücumçusu və sabiq Real Madrid oyunçusu məhkəmədə şəxsən iştirak edib. Onun xüsusi təhlükəsizlik tədbirləri ilə bağlı tələbi rədd edildiyi üçün, Ronaldo məhkəmə binasına əsas girişdən daxil olub.

O, 21.4 milyon dollarlıq cəriməni ödəməyə razılaşıb.

33 yaşlı futbolçunun həbs cəzası çəkəcəyi gözlənilmir.

“Razılığa əsasən, Ronaldo cəriməni ödəmək və 23 aylıq şərti həbs cəzasını qəbul etmək məcburiyyətindədir. Ronaldonun Real Madriddəki keçmiş komanda yoldaşı Xabi Alonso da çərşənbə axşamı ona qarşı qaldırılan ayrı vergi fırıldaqçılığı ittihamı səbəbilə məhkəməyə gəlsə də, onun məhkəməsi daha sonra təxirə salınıb” - deyə, Reuters-in Madrid müxbiri İsla Binni bildirib.

Prokurorlar təqaüdə çıxmış oyunçuya beş illik həbs və 4.5 milyon dollarlıq cərimə tələb edir. O, 2010-2013-ci illər arasında iki milyon avro dəyərində vergidən yayınmaqda ittiham olunur.

Alonso dəfələrlə ittihamları rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG