Accessibility links

NASA fəza agentliyi Rusiya ilə əməkdaşlığa son qoyur?


Oktyabrın 11-i Baykonurdan “Soyuz MS-10” fəza gəmisinin buraxılması zamanı qəza baş verib. Heyət üzvləri – Roskosmosun kosmonavtı Aleksey Ovçinin və Nasa kosmonavtı Nik Heyq yerə enə bilib. Bu amerikalı kosmonavtların iştrak etdiyi sonuncu buraxılış ola bilər. Səbəb isə qəza yox, ekipaj heyətinin Beynəlxalq Fəza Stansiyasına “Soyuz” vasitəsilə çatdırılması üçün NASA ilə Rusiyanın müqaviləsinin 2019-cu ilin aprelində bitməsidir. Müqavilənin yenilənməsi gözlənilmir.

2008-ci ildə rus fəza gəmisində bir yer amerikalılara $21.8 milyon dollara, 2018-ci ildə isə $82 milyona başa gəlib - dördqat bahalaşma!

Amerikalı kosmonavtların Beynəlxalq Fəza Stansiyasına çatdırılması Rusiya üçün yaxşı gəlir mənbəyidir. Rəsmi Moskva bundan öncə dəfələrlə əməkdaşlığın davam etdirilməsi niyyətində olduğunu bildirib. ABŞ isə müqavilənin uzadılması məsləsinə birtərəfli cavab verməyib. NASA ilə yeni müqavilənin olmamasını nazir müavini Yuri Borisov bu ilin avqustunda rəsmi elan verib.

Qüvvədə olan $490 milyon dollarlıq müqaviləyə əsasən Beynəlxalq Fəza Stansiyasına və geri altı uçuş nəzərdə tutulmuşdu. Son üç il ərzində ABŞ Rusiyaya astronavtların Beynəlxalq Fəza Stansiyasına çatdırmaq üçün bir milyar dollara yaxın (935 milyon) pul ödəyib.

“Soyuz”da amerikalı kosmonavtlar üçün yerin qiyməti həmişə artıb. 2008-ci ildə bir yer amerikalılara $21.8 milyon dollara, 2018-ci ildə isə artıq $82 milyona başa gəlib. On il ərzində qiymət təqribən dördqat bahalaşıb.

Amerikalı astronavt Robert Şeyn Kimbrou Soyuz MS-02 kapsulunda yerə enib.10 aprel, 2017.
Amerikalı astronavt Robert Şeyn Kimbrou Soyuz MS-02 kapsulunda yerə enib.10 aprel, 2017.

Təəccüblü deyil ki, belə bir zaman amerikalılar rus “Soyuz”una alternativ axtarmağa başlayıb. NASA fərdi idarəolunan fəza gəmilərinin inkişafı layihəsini irəli sürüb və bu layihəyə $8 milyard dollardan artıq pul ayrılıb.

NASA-nın 2016-cı ildəki təqdimatına əsasən, Boeing və SpaceX kimi şirkətlər amerikalıları fəzaya Roskosmos-dan daha ucuz – 58 milyon dollara- yollamağa razılıq veriblər. İlon Mask öz ilk idarə olunan fəza gəmisi “Dragonu” gələn ilin aprel ayında, NASA-nın Roskosmosla müqaviləsinin bitdiyi ay fəzaya buraxmağa hazırlaşır. Bunların hamısı planda olsa da, tam real görünür.

Özəl ABŞ şirkətləri son aylarda fəzaya 29 uğurlu buraxılış ediblər, Roskosmos isə 19.

Ticari uçuşlar baxımından ABŞ-ın özəl şirkətləri artıq Rusiyanı keçib. Keçən il onlar fəzaya 29 uğurlu buraxılış ediblər, Roskosmos isə yalnız 19.

Avqust ayında NASA rəhbəri Cim Braydenstayn “USA Today”ə verdiyi müsahibədə, "ABŞ gələcəkdə hələ də “Soyuz”-dan istifadə edə bilər, amma artıq daimi əməkdaşlıq gündəmdə. 2019-cu ildən ABŞ astronavtları artıq Amerikanın öz gəmilərində orbitə uçacaqlar.

XS
SM
MD
LG