Accessibility links

Rosstat: Rusiyada avqust ayında 49 mindən çox insan COVID-19-dan ölüb


Rusiyanın dövlət statistika xidməti avqust ayında ölkədə koronavirusdan 50 000-ə yaxın ölüm hallarının qeydə alındığını bildirib. Bununla da pandemiyanın başlanğıcından bəri ölənlərin sayı 400 000-dən çoxdur ki, bu da rəsmi göstəricilərdən ikiqat çoxdur.

Rosstat bu rəqəmləri cümə günü açıqlayıb və bildirib ki, avqust ayında COVID-19-dan 49 389 nəfər həyatını itirib. Bu isə hökumətin avqust ayı üçün açıqladığı 24 661 ölüm halından çoxdur.

Ümumilikdə isə Rosstat bildirir ki, Rusiyada pandemiya başlayandan bəri 418 000 insan ölüb. Bu, Rusiya koronavirus işçi heyəti tərəfindən cümə günü açıqlanan rəsmi 214 000 göstəricisindən iki dəfə çoxdur.

Rusiya rəsmiləri göstəricilər arasındakı fərqi onunla izah ediblər ki, COVID-19-dan ölüm halları iki qurum tərəfindən fərqli şəkildə hesablanır. Hökumətin koronavirus işçi qrupu autopsiyada ölüm səbəbinin COVID-29 olduğu təsdiqlənən hallı hesablayır, Rossrat isə virusla əlaqəli olan bütün ölüm hallarını hesaba qatır.

Digər tərəfdən isə Birləşmiş Ştatlarda rəsmilər deyir ki, onlar beynəlxalq səyahətçilərdən ABŞ tənzimləyiciləri və ya ÜST tərəfindən təsdiq olunan vaksin vurdurmağı tələb edəcək. Ağ Ev ötən ay vaksin olduqlarını sübut etdikləri təqdirdə 33 ölkədən gələn insanlara tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılacağını açıqlayıb. Lakin rəsmilər həmin zaman hansı vaksinlərin qəbul olunacağını bildirməmişdilər.

Associated Press xəbər verir ki, COVID-19 vaksinini vurduran amerikalıların sayı son üç ayda ən yüksək hədd çatıb. Belə ki, hər gün orta hesabla bir milyon insana koronavirus vaksini tətbiq olunur, çünki daha çox işəgötürən vaksin tələb edir, bəzi amerikalıalr isə gücləndirici doza qəbul edir. Bu göstəriri iyulun ayının ortalarında qeydə olunan rəqəmdən iki qat çox olsa da, yaz ayları ilə müqayisədə aşağıdır.

Bu arada isə Ağ Evin yüksək səviyyəli rəsmisi cümə günü elan edib ki, ABŞ hökuməti Filippinə 1.8 milyon doza COVID-19 vaksini göndərir. Bu ianə ÜST-ün idarə etdiyi COVAX vaksin kooperativi tərəfindən icra ediləcək. Dozalar iki səfərdə, bazar və bazar ertəsi günləri göndəriləcək.

ABŞ-ın dərman istehsalçısı Moderna cümə günü elan edib ki, gələn il aşağı gəlirli ölkələrə 1 milyard doza COVID-19 vaksini çatdırmağı planlaşdırır. Şirkətin vebsaytına yerləşdirilən mesajda Modernanın baş icraçı direktoru Stefan Bansel deyib ki, şirkət əlavə dozalar çatdırmaq imkanlarını genişləndirməyə investisiya edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG