Accessibility links

ABŞ-a sanksiyaları nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim ediləcək


Rövşən Rzayev
Rövşən Rzayev

“ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsini dekabrın 25-də Milli Məclisə təqdim edəcəm. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Amerikanın Səsinə bildirib.

O hələ qanun layihəsinin üzərində iş apardığını bildirib.

Rzayev hazırlamaqda olduğu sənədi hər hansı media orqanına təqdim etmədiyini deyib.

Bununla yanaşı, bir sıra media orqanları deputatin hələ üzərində işləməkdə olduğu sənədin tam mətnini Azərbaycan və İngilsi dillərində dərc edib.

“Yəqin kimlərsə sənədi mediaya sızdırıb”, o qeyd edib.

XS
SM
MD
LG