Accessibility links

Roza Otunbayeva: "Qırğızıstan növbəti ixtişaş dalğası ilə üzləşə bilər"


Bu gün Qazaxıstanda keçirilən regional sammitdə xanım Otunbayeva Rusiya prezidenti Dmitri Medvedevə deyib ki, hazırda vəziyyət sakit olsa da, ixtişaşlar hər an yenidən qızışa bilər.

Qırğızıstan prezidenti Roza Otunbayeva xəbərdarlıq edib ki, ölkə növbəti ixtişaş dalğası ilə üzləşə bilər. Bu gün Qazaxıstanda keçirilən regional sammitdə xanım Otunbayeva Rusiya prezidenti Dmitri Medvedevə deyib ki, hazırda vəziyyət sakit olsa da, ixtişaşlar hər an yenidən qızışa bilər. Cənab Medvedev qırğız lideri Rusiyanın dəstəyi davam etdirəcəyinə təminat verib. Xanım Otunbayeva 2000 nəfərin ölümü ilə nəticələnən etnik zorakılıqlardan təxminən bir ay sonra keçən həftənin şənbə günü Qırğızıstan prezidenti kimi and içib. Aprelin 7-də Kurmanbek Bakiyev devriləndən sonra müvəqqəti hökumət nəzarəti əlində saxlamağa çalışırdı.

XS
SM
MD
LG