Accessibility links

RSF İranı məktəb zəhərlənmələri işıqlandıran müxbiri azad etməyə çağırıb


Əli Portabatabayi
Əli Portabatabayi

Aparıcı media hüquqlarının müdafiə Sərhədsiz Reportyorlar təşkilatı (RSF) çərşənbə günü İranda məktəbli qızların müəmmalı zəhərlənməsini yaxından işıqlandırdıqdan sonra həbs edilən jurnalisti azad etməyə çağırıb və deyib ki, həbs onu susdurmaq cəhdi kimi görünür.

Rəsmilərin dediyinə görə, zəhərlənmələr noyabr ayından bəri əsasən qızlar olmaqla, 5000-dən çox tələbəyə təsir edib.

İrandan kənarda yerləşən insan haqları qrupları hakimiyyəti qadınların təhsilini qorumaq üçün yetərincə iş görməməkdə günahlandırıb. Müşahidəçilər bazar ertəsi və çərşənbə axşamı İranda təhsil orqanlarının qarşısında etiraz aksiyaları keçirildiyini bildirib.

İranın ali dini rəhbər Ayətulla Əli Xameneyi bazar ertəsi "əfv olunmaz cinayətə" görə məsuliyyət daşıyanları "mərhəmət olmadan" cəzalandırılmasına çağırıb.

Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı bildirib ki, Əli Portabatabayinin noyabrın sonunda müqəddəs Qum şəhərində ilk zəhərlənmə barədə məlumatları "Qom News" veb səhifəsində və Twitter-də işıqlandırılmağa başlayıb və və davam edib. O, martın 5-də həbs edilib.

XS
SM
MD
LG