Accessibility links

Rudi Culianinin işi ilə bağlı San Fransiskolu biznesmen Andrey Kukuşkin həbs olunub


Trampın şəxsi vəkili Rudi Culianinin işi ilə bağlı daha bir nəfər, San Fransiskolu biznesmen Andrey Kukuşkin həbs olunub. O, seçki kampaniyasının maliyyələşdirlməsi qaydalarını pozmaqda günahlandırılır.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani ilə əlaqəsi olan iki biznesmen həbs edilib. Onlar Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə qanunlarını pozmaqda ittiham edilir.

Bu haqda Wall Street Journal onlara yaxın mənbələrə əsasən məlumat yayıb. Bildirilib ki, Fruman və Parnas federal və ştat səviyyələrində dövlət vəzifələrinə namizədlərin dəstəklənməsi üçün xarici mənbələrdən pul alıb.

Ukraynalı biznesmen Parnas və belaruslu daşınmaz əmlak investoru Fruman Culianiyə Ukraynanın siyasi dairələrinə çıxmağa yardım edib.

Seçkiqabağı kampaniyaların maliyyələşdirilməsini araşdıran Campaign Legal Center şirkəti 2018-ci ilin iyul ayında bu iki şəxslə bağlı Federal Seçki Komissiyasına şikayət ünvalanmışdı. Məqsəd 325 min dollarlıq maliyyə yardımının mənbəyinin aşkarlanması idi.

Nyu York federal prokurlar prezident Donald Trampın şəxsi vəkili Rudi Culianin lobbiçilik qanunlarını pozmaq ehtimalı ilə bağlı istintaq aparır.

Bu barədə cümə günü The New York Times qəzeti məsələ ilə yaxından tanış olan iki nəfərə istinadən məlumat verib.

ABŞ prezidenti isə bu şəxsləri tanımadığını bildirib.

XS
SM
MD
LG