Accessibility links

Həsən Ruhani: İndi siyasi müharibə vaxtı deyil


İran prezideenti koronavrusa cavab səyləri tənqidlərini rədd edərək, pandemiya ilə mübarizə səyləri ilə bərabər iqtisadiyyatı qorumağa çalışdığını deyib.

Həsən Ruhani bildirib ki, hökumət kütləvi karantin səylərini İranın mühasirədə olan iqtisadiyyatı çərçivəsində nəzərdən keçirməli idi. İran iqtisadiyyatı ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə tənəzzülə uğrayıb.

“Sağlamlıq bizim üçün prioritetdir. Lakin istehsal və cəmiyyətin təhlükəsizliyi də prioritetdir. Yekun qərar vermək üçün bu prinsipləri üst-üstə qoymalıyıq" - deyə, Ruhani Kabinet yığıncağında bildirib.

“İndi tərəfdar toplamaq və ya siyasi müharibə aparmaq vaxtı deyil” - deyə, İran prezidenti əlavə edib.

Bu gün İranda virusdan 123 nəfərin öldüyü bildirilib. Bu ölkədə indiyədək ölənlərin ümumi sayı 2640 nəfər təşkil edir. 38309 adanın virusa yoluxduğu təsdiqlənib.

Bir çox adamda yüngül simptomlar müşahidə edilir.

Son günlər İranda bir çox biznes bağlanıb, şəhərlərarası səyahətlər qadağan edilib.

İran sanksiyaların ləğvi çağırışı ilə beynəlxalq ictimaiyyətə və 5 milyard dollarlıq yardım üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib.

XS
SM
MD
LG