Accessibility links

Ruhani ABŞ-ın Zərifə qarşı sanksiyalarını "uşaq hərəkəti" adlandırıb


İran prezidenti Həsən Ruhani cümə axşamı Birləşmiş Ştatların İranın xarici işlər nazirinə tətbiq etdiyi sanksiyaları "uşaq hərəkəti" adlandırıb.

Televiziya çıxışı zamanı Ruhani, ABŞ-ın İranla heç bir ön şərt olmadan danışıqlar aparmaq istədiyini iddia etdiyini "lakin sonra xarici işlər nazirinə sanksiya qoyduğunu" söyləyib.

Özünün dünya qüdrətlərindən biri olduğuna inanan bir dövlət xarici işlər nazirimizlə müsahibədən qorxur.

"Özünün dünya qüdrətlərindən biri olduğuna inanan bir dövlət xarici işlər nazirimizlə müsahibədən qorxur. Ağ Evin bütün sütunları savadlı və fədakar bir diplomatın sözləri və düşüncələrindən titrəməyə başladığı tamamilə aydındır," İran prezidenti Həsən Ruhani bildirib.

Sanksiyaların icra sərəncamı xarici işlər naziri Məhəmməd Cavad Zərifi ölkəsinin ali lideri Ayətullah Əli Xameneyi adından hərəkət etməkdə və ya hərəkət etmək niyyətində olmaqda ittiham edib və bu yaxınlarda ABŞ-ın Maliyyə Nazirliyinin xüsusi təyin olunmuş vətəndaşlar və qadağan edilmiş şəxslər siyahısına əlavə edib.

Bu kimi sanksiyalar müəyyən şəxsə ABŞ-a giriş və hətta tranzit kimi keçməsini qadağan edir.

Zərif sanksiyaların tətbiqinə cavab verərək, İrandan kənarda heç bir əmlakı və ya gəlirləri olmadığını deyib və ABŞ-ın bu addımının ona və ailəsinə təsir göstərməyəcəyini bildirib.

Məhəmməd Cavad Zərif, İran xarici işlər naziri
Məhəmməd Cavad Zərif, İran xarici işlər naziri

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Zərifin Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatına rəsmi səfər edərkən toxunulmazlığının saxlanılacağını deyib.

ABŞ rəsmiləri çərşənbə günü artıq Zərifin diplomatiya üçün heç bir dəyər kəsb etmədiyini açıqlayıb.

Sabiq prezident Barak Obamanın administrasiyası çoxmillətli nüvə sazişini hazırlamaq üçün onunla iş görüb. Lakin Tramp administrasiyası bir il əvvəl razılaşmanı tərk edib.

XS
SM
MD
LG