Accessibility links

Ərdəbil millət vəkili: Ruhaninin Azərbaycan Respublikasına səfəri bölgədə ticarətin inkişafı üçün xeyirli ola bilər


İran mediası prezident Həsən Ruhaninin zamanlarda Azərbaycan Respublikasına səfər edəcəyini bildirir. Ərdəbil millət vəkili Kəmaləddin Pirmüəzzin bu səfərin bölgədə ticari fəaliyyətlərin genişlənməsi istiqamətində yararlı ola biləcəyini qeyd edib.

“Bu səfərdə Biləsuvar gömrük keçid məntəqəsinin fəaliyyətinin 24 saatlıq olması, eləcə də Aslanduz gömrük məntəqəsinin fəaliyyətə başlamasını təmin edərək, iki ölkə arasında siyasi və ticari mübadilələrin gücləndirilməsinə çalışılacaq,”-deyə Pirmüəzzinə istinadən sözləri mətbuatda bildirilib.

Gənc jurnalistlər klubunun yazdığına görə, Pirmüəzzin bu səfərdən sonra Ərdəbilin öz tarixi rolunu ifa etməsinə uyğun zəmin yaradılacağına ümid edib.

Siyasi ekspertlərin fikrincə, son vaxtlarda Azərbaycan-İran münasibətlərində sürətlə artan bir irəliləyiş müşahidə olunur.

İki ölkə arasında əməkdaşlıq səviyyəsinin ticari-iqtisadi əlaqələrlə bərabər siyasi mövzular, həmçinin media sahəsində də yüksəldiyi bildirilir.

Fars xəbər agentliyinə istinadən, prezident Həsən Ruhani Azərbaycan rəsmilərindən İran-Azərbaycan münasibətlərinin beynəlxalq sahələrdə də genişlənməsini istəyib. Ruhani deyib ki, iki ölkə beynəlxalq qurumlarda müvafiq mövqe ilə çıxış etməlidirlər.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG