Accessibility links

Ruhani Hörmüz boğazını bağlamaqla təhdid edib


İran prezidenti Həsən Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ Tehranın neft ixrac etməsinin qarşısını alsa, dünya üzrə su yolu ilə neftin üçdə bir hissəsinin daşındığı Hörmüz boğazını bağlayacağı ilə bağlı hədələləri təkrar edib.

“Əgər bir gün Birləşmiş Ştatlar İranın neft ixracını blok etmək qərarına gəlsə, İran körfəzindən neft daşınmayacaq”, dövlət televiziyası Ruhaniyə istinadən xəbər verib.

Hörmüz boğazı qlobal enerji ehtiyatlarının nəqlində mühüm rol oynayır.

Ruhani həmçinin Birləşmiş Ştatların İranın xam nefti ixrac etməsinin qarısını ala bilməyəcəyini vəd edib.

Arxiv fotosu-İranın yarı rəsmi Fars xəbər agentliyinin bu fotosunda Hörmüz boğazında İranın Alborz hərbi gəmisi göstərilir, 7 aprel, 2015.
Arxiv fotosu-İranın yarı rəsmi Fars xəbər agentliyinin bu fotosunda Hörmüz boğazında İranın Alborz hərbi gəmisi göstərilir, 7 aprel, 2015.

İran prezidenti eyni təhdidlərlə ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların İran və dünyanın altı qüdrətli dövləti arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonrakı aylar da dilə gətirib. Razılığa əsasən, İranın nüvə proqramını məhdudlaşdırması müqabilində Tehrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulurdu. Tramp İrandan neft ixracının kəsiləcəyinə söz versə də, ABŞ administrasiyası bir neçə ölkəni sanksiyalardan istisna edilib.

Mötədil siyasətçi hesab edilən Ruhaninin kəskin mesajı ölkə daxilindəki sərt xətt tərəfdarı rəqiblər tərəfindən razılıqla qarşılanıb.

ABŞ-ın İranla bağlı siyasət üzrə xüsusi nümayəndəsi Brayan Huk Ruhaninin təhdidlərinə əhəmiyyət verməyərək, Tehranın Hörmüz boğazına nəzarət etmədiyini bildirib.

“Boğaz beynəlxalq su yoludur. Birləşmiş Ştatlar naviqasiya azadlığını və beynəlxalq sularda azad ticarəti təmin etmək məqsədilə tərəfdaşlarımızla birgə işi davam etdirəcək”-deyə, o bildirib.

XS
SM
MD
LG