Accessibility links

Ruhani: “İran İslam Respublikası quru, hava və dənizdən tamamilə özünə arxalanır”


Iranian President Hassan Rohani
Iranian President Hassan Rohani

İran prezidenti Həsən Ruhani ölkəsində istehsal olunan qanadlı raketlərlə silahlanmış sualtı qayığı təqdim edib. Bu, Birləşmiş Ştatlarla gərginlik yaşandığı bir dönəmə təsadüf edir.

“Bu gün İran İslam Respublikası qurudan, havadan və dənizdən tamamilə özünə arxalanır”, Ruhani cənub Bəndər Abbas şəhərində keçirilən təqdimat mərasimində söyləyib.

“Bizim müdafiə gücümüz öz maraqlarımızı müdafiə etməyi nəzərdə tutur, heç vaxt heç bir ölkəyə hücum etməyə cəhd göstərməmişik”, prezident dövlətə məxsus Press TV televiziyasına söyləyib.

2 MİN KİLOMETRİ VURA BİLƏN RAKETLƏR

“Fateh” adlı 600 tonluq sualtı qayığın torpedalarla, dəniz minaları ilə, 2 min kilometri vurmağa qadir qanadlı raketlərlə təchiz olunduğu bildirilir. Bu raketlər İsrail və Birləşmiş Ştatların regiondakı hərbi bazalarına çata bilər.

ABŞ Prezidenti Donald Tramp ötən il Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Tramp sazişin İranın ballistik raket proqramını, Yaxın Şərqdəki fəaliyyətini əhatələmədiyi üçün qüsurlu olduğunu bildirib.

Sənədi imzalamış Avropa ölkələri isə ona sadiq qalır, amma onlar da İranın raket proqramını, Yaxın Şərq ölkələrinə müdaxiləsini getdikcə daha çox tənqid edir.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Tehran beynəlxalq təzyiq və embarqolara baxmayaraq, yerli silah sənayesini inkişaf etdiribr.

Ruhani deyib ki, “düşmənimizin təzyiq və İrana sanksiyaları proqresimizə təkan verib”.

Prezidentin sözlərinə görə, İran ona lazım olan silahları yalnız alsaydı, “müdafiə sektorunu sənayeləşdirməyə bəlkə də motivasiya olmazdı”.

XS
SM
MD
LG