Accessibility links

Həsən Ruhani: İran raket istehsalına davam edəcək


İran prezidenti Həsən Ruhani dövlət televiziyası ilə çıxışında ölkənin özünü müdafiə etməsi üçün raket istehsal etməyə davam edəcəyini və bunun beynəlxalq razılaşmaların pozulması olduğunu düşünmədiyini deyib.

Ruhaninin çıxışı ABŞ Konqresinin Nümayəndələr Palatasının İranın ballistik raket proqramı ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair səs verməsindən sonraya təsadüf edir. Konqres bu addımı beynəlxalq nüvə razılığını birbaşa təhlükə altına almadan Tehranın qarşısını almaq səyləri çərçivəsində atıb.

Biz raket istehsal etmişik, edirik və istehsal etməyə davam edəcəyik və bu, beynəlxalq razılaşmaları pozmur.
Həsən Ruhani

Ruhani Tehranda BMT-nin nüvə agentliyinin rəhbəri Yukiya Amano ilə görüşüb. BMT rəsmisi İranı 2015-ci ildə sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmasına dair ABŞ prezident Donald Tramp tərəfindən tənqid edilən razılığa əməl etməyə çağırıb.

İran prezidenti Həsən Ruhani Buşehr nüvə elektrik stansiyasın ziyarət edir
İran prezidenti Həsən Ruhani Buşehr nüvə elektrik stansiyasın ziyarət edir

“Biz raket istehsal etmişik, edirik və istehsal etməyə davam edəcəyik və bu, beynəlxalq razılaşmaları pozmur”, Ruhani parlamentdəki çıxışında deyib.

Birləşmiş Ştatlar İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edərək, raket sınaqarının BMT-nin qətnaməsinin pozulması olduğunu bildirir. BMT qətnaməsində Tehran nüvə silahlarının çatdırılmasına malik raketlərlə bağlı fəaliyyətlər göstərməməyə çağırılır.

İran nüvə silahı istehsal etməyə çalışdığını inkar edir və nüvə qabiliyyətinə malik raketlər istehsal etmədiyini bildirir.

Ruhani həmçinin Birləşmiş Ştatları prezident Trampın Tehranın nüvə razılığına əməl etdiyini rəsmən təsdiq etməkdən imtina etməsinə görə tənqid edib. Beynəlxalq müfəttişlər İranın razılaşmaya əməl etdiyini bildirib.

Trampın Tehranın İran və dünyaın altı qürətli dövləti arasında əldə edilmiş razılığa əməl etdiyini təsdiq etməməsi o deməkdir ki, Konqres 60 gün ərzində razılığa əsasən aradan qaldırılmış sanksiyaların yenidən tətbiq edilib-edilməməsi haqda qərar verməlidir.

XS
SM
MD
LG