Accessibility links

Ruhani: ABŞ sanksiyalarını ləğv etsə, İran nüvə sazişinin ölçülərinə uyğun addımlar atacaq


reaching…

ABŞ iqtisadi sanksiyalarını ləğv etsə, İran 2015-ci il nüvə sazişinin ölçülərinə uyğun addımlar atacağını bəyan edib.

"ABŞ qanunsuz sanksiyaları ləğv, təhdid və təzyiq siyasətindən imtina etdikdə İran nüvə anlaşmasına əsaslanan kompensasiya tədbirləri görməyə və öhdəliklərini yerinə yetirməyə hazırdır" - deyə, İran Prezidenti Həsən Runahi martın 7-də bildirib.

Ruhani bunları İrlandiyanın xarici işlər naziri Simon Coveneyi nüvə anlaşmasını canlandırmaq üçün diplomatik səylər çərçivəsində qəbul edərkən deyib.

İrlandiya müqavilə tərəfi olmasa da, Dublin nüvə razılaşmasının həyata keçirilməsində vasitəçi roluna malikdir.

Ruhani müqaviləni imzalayan İngiltərə, Fransa və Almaniyanı müqavilə öhdəliklərinə qarşı hərəkətsizlikdə günahlandırıb. O, İranın "bunun üçün hesab ödəyən yeganə tərəf olduğunu" bildirib.

2015-ci ildə ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya İranla nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq üçün nüvə proqramını məhdudlaşdırmaq barədə razılığa gəlib.

Bunun qarşılığında nüvə proqramının dinc məqsəd daşıdığını deyən İrana qarşı sanksiyalar yüngülləşdirilib.

ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2015-ci ildə sazişin İranın raket proqramını və Yaxın Şərqdə artan nüfuzunu məhdudlaşdırmadığını iddia edərək, İran və dünya qüdrətlərinin imzaladığı razılıqdan geri çəkildi və İrana qarşı sanksiyaları bərpa etmişdi.

İran müqavilədəki öhdəliklərini Trampın razılaşmadan geri çəkilməsindən və ABŞ-ın bu ölkəyə qarşı iqtisadi sanksiyalarını bərpa etməsindən təxminən bir il sonra, 2019-cu ildə pozmağa başlayıb və son aylar bunu daha da sürətləndirib.

ABŞ Prezidenti Co Bayden sazişə qayıda biləcəyini deyib.

XS
SM
MD
LG