Accessibility links

İran prezidenti ABŞ prezidentliyinə namizədləri tənqid edib


Dünya liderləri Birləşmiş Ştatlarda prezident seçkilərində namizədlərlə bağlı öz fikirlərini bildirir. Bunlardan biri İran prezidenti Həsən Ruhanidir.

Bazar günü Ərk şəhərində televiziya vasitəsilə yayımlanan çıxışı zamanı İran prezidenti Həsən Ruhani deyib ki, o, ABŞ prezident seçkilərində namizədlərdən heç birinə üstünlük vermir. Hillari Klinton və Donald Tramp arasında gedən yarışı nəzərdə tutan İran lideri Amerika vətəndaşlarına "pis və ən pis arasında" seçim verildiyini deyib.

"Siz debata baxımısınızmı, onların danışığını, bir-birini ittiham edib, ələ saldığını görmüsünüszmü. Bizim ölkədə belə seçki istəyərdinizmi?"-deyə, prezident Ruhani bildirib.

ABŞ prezidentliyinə namizədlər-demokrat Hillari Klinton və respublikaçı Donald Tramp arasında sonuncu və üçüncü debat
ABŞ prezidentliyinə namizədlər-demokrat Hillari Klinton və respublikaçı Donald Tramp arasında sonuncu və üçüncü debat

Sözünə davam edən İran prezidenti deyib ki, Birləşmiş Ştatlar "200 ildən artıq demokratiyaya malik olduğunu iddia etdiyi halda, mənəviyyatın mövcud olmadığını" nümayiş etdirir.

Ruhani sözlərinə görə, sentyabr ayında BMT-nin Baş Assambleyasının sessiyasında iştirakı zamanı ona hansı namizədə üstünlük verdiyi haqda sual verildikdə, o bildirib: "Mən pisdən ən pisə, yoxsa ən pisdən pisə üstünlük verməliyəmmi?"

Hillari Klinton və Donald Tramp arasında keçirilən iki debat İranın dövlət televiziyası tərəfindən canlı yayımlanıb. Dövlət televiziyasında ABŞ prezident seçki kampaniyası haqda reportajlarda Birləşmiş Ştatlarda iqtisadi və sosial problemlər, eləcə də debat zamanı fikir ayrılığına səbəb olan əsas məqamlar xüsusi vurğulanıb.

İranın özündə prezident seçkisi 2017-ci il may ayında keçiriləcək. Ruhani ikinci müddətə seçilmək üçün kampaniyaya qoşulmaq hüququ var. Lakin Ruhani onun Qərblə münasibətlərin yaxşılaşdırılması kursundan və nüvə razılaşmasının İrana böyük iqtisadi mənfəətlər gətirməməsindən narazı qalan mühafizəkarlara qarşı rəqabət aparmalı olacaq.

XS
SM
MD
LG