Accessibility links

Ruhani Trampa: “Amerika bilməlidir...İranla müharibə bütün müharibələrin anasıdır”


İran prezidenti Həsən Ruhan
İran prezidenti Həsən Ruhan

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa Tehrana qarşı düşmən siyasətlə bağlı xəbərdarlıq edib. Ruhani deyib ki, “Amerika bilməlidir...İranla müharibə bütün müharibələrin anasıdır”. Lakin İran prezidenti eyni zamanda iki ölkə arasında sülhü də istisna etməyib.

İran ABŞ tərəfindən artan təzyiqlərlə qarşılaşır. Preziden Trampın Birləşmiş Ştatların 2015-ci ildə İranla dünyanın altı qüdrətli dövləti ilə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra Tehrana qarşı sərt sanksiyaların yenidən tətbiq ediləcəyi gözlənilir.

İRNA dövlət xəbər agentliyinin verdiyi məlumata əsasən, İran diplomatlarının iştirakı ilə toplantıda danışan Ruhani deyib: “Cənab Tramp, şirin quyruğu ilə oynamayın, buna yalnız təəssüf edəcəksiniz”.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Birləşmiş Ştatların 2015-ci ildə İranla dünyanın altı qüdrətli dövləti ilə imzalanmış nüvə sazişindən çıxdığı haqda imzaladığı sənədi nümayiş etdirir, 8 may, 2018.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Birləşmiş Ştatların 2015-ci ildə İranla dünyanın altı qüdrətli dövləti ilə imzalanmış nüvə sazişindən çıxdığı haqda imzaladığı sənədi nümayiş etdirir, 8 may, 2018.

“Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anası, İranla müharibə isə bütün müharibələrin anasıdır”, İran prezidenti 1979-cu ildə İslam İnqilabından sonra qarşıdurma mövqeyində olan iki ölkə arasında sülhü də istisna etməyərək bildirib.

O daha sonra Vaşinqtonun İran İslam hökumətini sabitsizləşdirməyə çalışdığı haqda məlumatlara işarə edərək əlavə edib: “Siz İran xalqını İranın təhlükəsizliyi və maraqlarına qarşı təhrik etmək mövqeyində deyilsiniz”.

Cənab Tramp, şirin quyruğu ilə oynamayın, buna yalnız təəssüf edəcəksiniz.

Məsələ ilə bağlı məlumatı olan ABŞ rəsmiləri Reuters agentliyinə bildiriblər ki, Tramp administrasiyası İranda etirazları gücləndirmək və Tehranın nüvə proqramına və militant qruplara dəstəyinə son qoymaq məqsədilə məruzələr və internetdə kommunikasiyaların əhatə etdiyi geniş kampaniyaya başlayıb.

Ruhani Trampın İranın neft ixracatını azaltmaq haqda hədələrini məsxərəyə qoyub və deyib ki, İran Körfəz bölgəsində və Hörmüz boğazında dominant mövqeyə malikdir.

“Siyasətin prinsiplərini başa düşən hər kəs `biz İranın neft ixracatını dayandıracağıq` kimi söz demir...biz tarix boyu regional su nəqlyyatının təhlükəsizliyinin qarantı olmuşuq”, yarı-rəsmi İSNA xəbər agentliyi Ruhaninin sözlərindən iqtibas gətirərək məlumat verib.

İranın Ali dini rəhbəri Ayatullah Əli Xameneyi şənbə günü Ruhaninin İranın ixracatının qarşısı alınsa, Körfəzdə neft ixracatını blok edə biləcəyi ilə bağlı açıqlamlarına dəstək verib.

Siz İran xalqını İranın təhlükəsizliyi və maraqlarına qarşı təhrik etmək mövqeyində deyilsiniz.

Ruhani bu ayın əvvəli qonşu ölkələrdən neft tədarükünü pozmaqla bağlı bu hədələri Vaşinqtonun bütün ölkələri İrandan neft almağı dayandırmağa məcbur etmək səylərinə reaksiya olaraq edib.

İran rəsmiləri bundan əvvəl də ABŞ tərəfindən hər hansı düşmənçilik aktına cavab olaraq Hörmüz boğazını blok etməklə hədələyiblər.

İranın yüksək səviyyəli hərbi komandiri isə Tramp hökumətinin İrana müdaxilə etməyə hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib.

“Düşmənin davranışı əvvəlcədən bilinmir”, hərbi ştab komandiri, general Məhəmməd Bageri yarı-rəsmi Təsnim xəbər agentliyinə bildirib.

XS
SM
MD
LG