Accessibility links

Ruhani Zərifin istefasını rədd-edib


İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını rədd edib.

Ruhani çərşənbə günü dövlət mediasında yayılan məktubda deyib ki, Zərifin istefasına icazə vermək ölkənin maraqlarına zidd olar.

O əlavə edib ki, Zərif Birləşmiş Ştatların “genişmiqyaslı təzyiqlərinə qarşı müqavimət”də əsas fiqurdur.

Zərif bazar ertəsi istefasına görə rəsmi səbəb göstərməyib.

O çərşənbə günü Instagram hesabında iranlılara dəstəklərinə görə minnətdarlığını ifa etdiyi və diqqətini xarici işlər nazirliyinin işini təkmilləşdirməyə yönəltdiyini bildirən mesaj paylaşıb.

Dövlət mediasının yayımladığı video görüntülərdə həmçinin Zərifin Tehrana səfər edən Ermənistan baş naziri Nikol Paşinyanın qarşılanması mərasimində iştirak etdiyi göstərilib.

XS
SM
MD
LG