Accessibility links

Ruhani regiondakı münaqişələrə görə ABŞ və Səudiyyəni günahlandırır


İran mediasının verdiyi xəbərə görə, prezident Həsən Ruhani çərşənbə günü İranın bölgədə qarşıdurma istəmədiyini söyləyib, İran müdafiə naziri Əmir Hatəmi isə Tehranın Səudiyyə Ərəbistanının Aramco neft qurğularına edilən hücumlarda iştirakının olmadığını bildirib.

İran xəbər agentliklərinin verdiyi məlumata görə, Ruhani ABŞ və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanı Yəməndə dörd illik müharibəni başlamaqda ittiham edib.

"Biz bölgədə münaqişə istəmirik ... Münaqişəni kim başlayıb? Yəmənlilər başlamayıb. Bu bölgədə müharibəni məhz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklər, Amerika, bəzi Avropa ölkələri və sionist rejim (İsrail) başlayıb" - deyə, Ruhani İran mediasının yayımladığı videoda bildirib.

Ruhani İranın dəstəklədiyi husi üsyançılarının Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanı Yəməndəki xəstəxanalar, məktəblər və bazarlara hücumlarda günahlandıraraq, həftə sonu Səudiyyənin neft obyektlərinə "xəbərdarlıq" olaraq hücum etdiyini bildirib.

"İranın əməliyyatdakı rolu ilə bağlı şərhləri rədd edərək Hatəmi məsələnin çox aydın olduğunu söyləyib: iki ölkə - Yəmən və Səudiyyə Ərəbistanı arasında münaqişə yaşanıb" , yarı-rəsmi Tasnim xəbər agentliyi bildirib.

Səudiyyə Ərəbistanı çərşənbə günü Tehranın Vaşinqtonun İrandan qaynaqlandığına inandığı və neft sənayesinə misli görünməmiş hücumla əlaqəli dəlil göstərəcəyini bildirib.

İranın müttəfiqi olan Yəmənin Husi üsyançıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb və dövlət neft şirkəti Aramcoya hücum üçün dronlardan istifadə etdiklərini söyləyib.

ABŞ rəsmisi Reuters-ə bildirib ki, Aramcoya qarşı zərəblər (raketlər, hücumlar) İranın cənub-qərbindən atılıb. Üç rəsminin verdiyi məlumata görə, hücumlarda qanadlı raketlər və dronlardan istifadə olunub. Bu isə hücumların əvvəlcə düşündüyündən daha yüksək dərəcədə mürəkkəblik və dəqiqliklə təşkil olduğunu göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG