Accessibility links

Ruhlar şəhəri [Video]


Ruhlar şəhəri
please wait
Embed

No media source currently available

0:00 0:02:56 0:00

Ruhlar şəhəri

19-cu əsrə aid binaları ilə əhatələnmiş kiçik və sakit Harpers Ferry şəhəri öz restoranları, dükanları və otelləri ilə buraya gələn turistlərin zövqünü oxşayır. Lakin bu sükunətin ardında paranormal dünyanın narahat ruhları dolaşır.

İnsanlar deyir ki, onlar burada tez-tez ruhlar görür, pilləkəndə gəzən ayaq səslərinə oxşar səslər eşidirlər. Həftəsonları baş tutan kabus turları insanları ruhların ovlandığı yerlərə aparır.

Bura tarixi şəkər mağazasıdır. Paranormal bacarıqlarına görə “ruh qadın” adlandırılan Tara Dokman buranın meneceridir. Onun sözlərinə görə, adları Kolbi olan qadın və kişi iki ruh tez-tez bu mağazanı ziyarət edir.

“Qadın ağ parçadan paltar geyinmişdi və pilləkənlə yuxarı doğru qalxırdı. Kolbi isə özünü nümayiş etdirməyi sevirdi. O ümumiyyətlə çiyin və ya şalvarın ayaqlaını göstərməyi sevir. Onlar həm də şəkər tullamağı, kölgələrdə gəzməi və qapını müştərilərin üzünə çırpmağı sevirlər." - deyə,Tara bildirib.

Müqəddəs Peter kilsəsinə qaranlıq çökür. Beləliklə tarixçi Rik Qarland öz həftəsonu turlarına başlayır. O 1960-cı ildə Şirley adlı qadının paranormal hadisə yaşadığı binanın qarşısında dayanır.

“Bütün qapılar bir neçə saniyəlik titrəyir. Şirley nəyinsə və ya kiminsə pilləkənlərdən aşağı yuvarlandığını eşidir. Pilləkənlərin sonunda olan Şirley çevrilir və baxır. Bəs o nə görür? Heç nə." - deyə, Qarland əlavə edir.

Qarland insanları foto çəkməyə və bunları Facebook səhifələrində yerləşdirməyə təşviq edir. Bu şəkillərdə ruh fiqurları və ya kabussayağı işıq kölgələri görmək mümkündür.

XS
SM
MD
LG