Accessibility links

Rumıniya hökuməti böhranlar fonunda süqut edib


Rumıniyada qanunvericilər 5 oktyabr tarixində böyük səs çoxluğu ilə Baş nazir Florin Situsun sağ mərkəzçi hökümətinə etimadsızlıq bildirib.

Situ hökumətinin süqutu Avropa İttifaqının ən yoxsul ölkəsindəki böhranın daha da dərinləşəcəyi təhlükəsi ilə bağlı narahlıqların artmasına səbəb olub. Rumıniya hazırda COVID-19 pandemiyasının dördüncü dalğası ilə üz-üzədir, eyni zamanda, ölkədə istehlakçıların enerji borcları artmaqdadır.

Böhran keçən ay mərkəzçi sağ USR partiyasının Situnun Milli Liberal Partiyasının rəhbərlik etdiyi hökümətdən geri çəkildiyi zaman başlamışdı.

ABŞ-da təhsil almış 49 yaşlı keçmiş bankir Situ dekabrda keçirilmiş parlament seçkilərindən bəri baş nazir postunda idi. Lakin sağ mərkəzçi koalisiya tərəfdaşı onu tərk edib və sol cəbhə də onu kəskin tənqid edir.

USR-dan deputatlar oktyabrın 5-də ifrat-sağçı millətçi AUR partiyasına qoşularaq solçu Sosial Demokratik Partiyanın (PSD) təqdim etdiyi etimadsızlıq səsverməsinin lehinə səs verib.

318 deputatdan 281-i səsverməni dəstəkləyib. Etnik macarların UDMR partiyasından 37 deputat isə səsvermədə iştirak etməyib.

Sağ-mərkəzçi Klaus Yohannis Situnun yaxın müttəfiqidir. Rumıniya konstitusiyasına görə o, yeni baş nazir seçməlidir. Yohannisin Situnu yenidən bu vəzifəyə təyin edəcəyilə bağlı şübhələr var.

Bu halda digər partiyalar erkən seçkilərə çağıra bilərlər. Rəy sorğuları parlamentdə ən böyük partiya olan PSD-yə daha böyük rəğbət olduğunu göstərir.

XS
SM
MD
LG