Accessibility links

Rumıniyada həmcins nikahların ləğvinə yönəlmiş referendum zəif seçici fəallığı səbəbilə ləğv olunub


Ruminiyada ölkənin konstitusiyasını dəyişərək həmcins nikahların qarşısının alınmasına yönəlmiş iki günlük referendumda çox az sayda seçici iştirak edib.
Milli seçki komitəsi bazar günü seçki komitələri bağlanandan sonra seçici fəallığının 20.4 faiz olduğunu bildirib. Bu isə səsvermənin sayılması üçün tələb olunan 30 faizdən xeyli aşağı göstəricidir.

Hakim Sosial Demokratlar Partiyasının dəstəklədiyi referendumda seçiçilərdən konstitusiyaya düzəlişi təsdiqləmələri istənirdi. Bu dəyişiklik nəticəsində ailə anlayışı dəyişəcəkdi. Belə ki, evlilik yalnız qadınla kişi arasında nikah kimi qəbul olunacaqdı. Hazırda isə qanuna uyğun olaraq, evlilik iki həyat yoldaşı arasında nikah kimi müəyyənləşdirilib.

Gey haqları müdafiəçiləri referendumun nəticələrinin hesab olunmamasına sevinib.

“Ənənəvi ailə deyə anlayış yoxdur. Sadəcə ailə var. Yemək ənənəvi ola bilər, donuz ətindən hazırlanan yeməklər ənənəvi ola bilər, amma ailə yox. Ailə ailədir, sevgi də sevgi” -deyə, rumıniyalı fəal Aleksa Valianatos bildirib.

Rumıniyanın Pravoslav Kilsəsi və mühafizəkar Ailə İttifaqı refendumu dəstəkləyirdi. Onlar zəif seçici fəallığına görə media, siyasətçilər və yerli qanunvericilərin “kütləvi dezinformasiya kampaniyasını” günahlandırıb.

Ölkədə 2001-ci ildə homoseksuallıq qadağası ləğv edilib.

XS
SM
MD
LG