Accessibility links

ABŞ-ın 500 nəfərlik əsgəri qüvvəsi müdafiə məqsədilə Rumıniyada yelərşidirilir


Əsgəri qüvvə ilə bərabər tanklar və hərbi texnika Rumıniyanın Mixail Koqelniçeanu hərbi hava bazasına gətirilir
Əsgəri qüvvə ilə bərabər tanklar və hərbi texnika Rumıniyanın Mixail Koqelniçeanu hərbi hava bazasına gətirilir

ABŞ hərbi qüvvələrinin 500 nəfərdən ibarət əsgəri qüvvəsi Ruminyanın Qara dəniz sahilindəki bazasına yetişib. Əsgəri qüvvə ilə bərabər NATO-nun Şərqi Avropadakı üzvü olan Rumıniyanın müdafiəsinin gücləndirilməsi məqsədi ilə tanklar və ağır silahlar da gətirilib.

Bu inkişaflar ABŞ və Rumıniya arasında sözdə və əməldə güclü tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu göstərir
ABŞ-ın Rumıniyadakı səfiri Hans Klemm

ABŞ-ın Rumıniyadakı səfirliyinin bildirdiyinə görə, 8-ci piyada alayının 1-ci batalyonunun "Döyüş qartalları"("Fighting Eagles") Rumıniyanın şərqində rotasiya üzrə Mixail Koqelniçeanu hərbi hava bazasında qərargahlanacaq.

ABŞ-ın səfiri Hans Kelmm bildirib ki, bu inkişaflar "ABŞ və Rumıniya arasında sözdə və əməldə güclü tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu" göstərir.

Onun sözlərinə görə, ABŞ hərbi qüvvələrinin ölkədə mövcudluğu "Şərqi Avropada və Qara dəniz regionunda sülhün və təhlükəsiziyin qorunmasında bizim gücümüzün genişləndirilməsinə" xidmət edir.

NATO və Moskva arsında əlaqələr Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstəyindən sonra zəifləyib. NATO bundan sonra Şərqi Avropa ölkələrində müttəfiqlərini dəstəyə əmin etmək məqsədilə hərbi təlimləri artırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG