Accessibility links

Rumıniyada parlament seçkiləri keçirilib


A woman casts her vote in Sintesti, Romania, Dec. 11, 2016.
A woman casts her vote in Sintesti, Romania, Dec. 11, 2016.

Rumıniyada böyük anti-korrupsiya kampaniyası nəticəsində sosialist baş nazirin vəzifədən kənarlaşdırılmasından bir il sonra bazar günü keçirilən seçkinin nəticələrinin bir hissəsi solçu Sosial Demokrat Partiyasının (PSD) böyük fərqlə öndə getdiyini göstərir.

Seçki rəsmiləri PSD-nin səslərin 47 faizini aldıqlarını, mərkəz-solçu Milli Liberal Partiyası - PNL-in isə 21 faiz səslə ikinci yerdə gəldiyini bildirir.

Əgər PSD üstünlük təşkil etsə, Draqno, çox güman ki, baş nazir vəzifəsinə gəlməyəcək. O, 2012-ci ilin iyul ayında prezident Traian Baseskunu impiç etmək üzərində keçirilən səsvermədə seçici sayını şişirtdiyinə görə bu ilin aprel ayında iki il müddətinə şərti həbs cəzasına məhkum olunub.

PSD-nin sədri Liviu Draqno partiyasının hakimiyyətə geri dönmək ehtimalı ilə bağlı nikbinliyini dilə gətirib.

Əgər PSD üstünlük təşkil etsə, Draqno, çox güman ki, baş nazir vəzifəsinə gəlməyəcək. O, 2012-ci ilin iyul ayında prezident Traian Baseskunu impiç etmək üzərində keçirilən səsvermədə seçici sayını şişirtdiyinə görə bu ilin aprel ayında iki il müddətinə şərti həbs cəzasına məhkum olunub.

Hazırkı prezident Kalus Yohannis qanuni problemləri olan birisini baş nazir vəzifəsinə təyin etməkdən imtina edib.

Keçmiş baş nazir Viktor Ponta ötən ilin oktyabr ayında 64 nəfərin ölümü ilə nəticələnən gecə klubundakı yanğın səbəbilə keçirilən kütləvi etiraz aksiyalarından sonra istefaya getmişdi.

Ekzit-pollara əsasən, anti-korrupsiya platforması ilə seçki kampaniyası aparan yeni Rumıniyanı Qorumaq İttifaqı Partiyası üçüncü yerdədir və bu, partiyanın Parlamentə daxil olmağına gətirib çıxara bilər.

19 milyon əhalisi olan Rumıniya Avropa İttifaqının ən kasıb və ən korrupsioner ölkələrindən bir hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG