Accessibility links

Rus dili Latviyada ikinci rəsmi dil olacaqmı?


Rus dili Latviyada ikinci rəsmi dil olacaqmı?
Rus dili Latviyada ikinci rəsmi dil olacaqmı?

Latviyada rus dilinin ikinci rəsmi dil olmasına dair referendumla bağlı səsvermə keçirilir. Səsvermənin nəticəsi olaraq referendumun rədd ediləcəyi gözlənilir. Latviyalılar Rusiyanın dəstəklədiyi referendumun ölkənini suverenliyinə zidd olduğunu deyərək, Rusiyanın Latviyanı təsir dairəsinə salmaq istədiyini deyir. Onlar latış dilinin ölkədə yeganə rəsmi dil olmasını istəyir.

Bəziləri isə rus dilinin ölkədə hələ də yaşadığını deyərək, nəyə görə məsələ ətrafında bu qədər qalmaqal olduğunu anlamadıqlarını bildirir.

Latviyanın 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini əldə etməsindən bəri rusdillilər ölkəni tərk etməyib. Latviyanın üçdə bir hissəsi rusdillidir. Səsvermənin nəticəsi bir neçə gündən sonra bəlli olacaq.

XS
SM
MD
LG