Accessibility links

Rus pilot: Mən qəhrəman deyiləm


Bir dəstə quşu vurduqdan sonra sərnişin təyyarəsini qarğıdalı tarlasına endirən rus pilotu 233 nəfərin həyatını xilas etdiyinə görə Kremlin onu tərifləməsinə baxmayaraq qəhrəman olmadığını deyib.

Rusiya mediası Ural Hava Yollarına məxsus 'Airbus 321' sərnişin təyyarəsinin Çukovski Beynəlxalq Hava Limanından qalxdıqdan iki dəqiqə sonra Moskva yaxınlığındakı bir tarlaya enmə məcburiyyətində qaldığını və yerə enərkən heç kimin xəsarət almamasını möcüzə kimi təsvir edib.

Mən etməli olduğumu etdim. Təyyarəni, sərnişinləri, heyəti xilas etdim.

"Mən etməli olduğumu etdim. Təyyarəni, sərnişinləri, heyəti xilas etdim. Düşünürəm ki, bu yeganə qərar idi. Qəhrəman olduğumu düşünmürəm,” deyə Airbus 321 tgəyyarəsinin kapitanı Dəmir Yusupov bildirib.

İçərisində 233 nəfər sərnişin olan təyyarə Krımın Simferopol şəhərinə uçurdu. Təcili enişdən sonra 70-dən çox sərnişinin xəsarət aldığı, lakin ölənlərin olmadığı bildirilib.

Kreml təyyarəni idarə edən pilotları tərifləyib və onlara dövlət mükafatları verəcəyini vəd edib.

XS
SM
MD
LG