Accessibility links

Rus təhqiqatçılar terrorçunun kimliyini müəyyən ediblər


Rus təhqiqatçılar terrorçunun kimliyini müəyyən ediblər
Rus təhqiqatçılar terrorçunun kimliyini müəyyən ediblər

Rusiya təhqiqatçıları Moskva aeroportunda 35 nəfərin ölümü ilə nəticələnən partlayış törətmiş intiharçının kimliyini aydınlaşdırıblar. Bu, Qafqaz regionundan gəlmiş 20 yaşlı oğlandır. Təhqiqatçılardan ibarət komissiya Domodedovo aeroportunda partlayışın təşkilatçılarını üzə çıxarmaq məqsədilə həmin gəncin adının açıqlanmayacağını bildirib. Dövlətə məxsus Ria-Novosti xəbər agentlyi müstəntiqlərin ölümcül hücumla əlaqəsi olmaqda şübhəli bilinən 10 adamın adı olan siyahıya malik olduğunu xəbər verir.

Prezident Dmitri Medvedev aeroportda təhlükəsilik xidmətinin yararsız olduğunu bildirərək bir neçə rəsmini işdən çıxarıb. Hücumda 120 adam yaralanıb.

XS
SM
MD
LG