Accessibility links

Salisburi zəhərlənməsində iştirak edən üçüncü QRU zabitinin adı açıqlanıb


Rusiyanın xəbər saytı Fontankada çərşənbə günü İngiltərənin Salisburi şəhərində sabiq casus Serqey Skripalı öldürməyə cəhdlə əlaqəli üçüncü QRU kəşfiyyat işçisi Sergey Fedotovun adını açıqlayıb.

Saytın verdiyi məlumata görə, Fedotov 2016, 2017 və 2018-ci illərdə Böyük Britayaya səfərlər edib. O, ölkəni bu il martın 4-də digər adları artıq açıqlanmış QRU agentləri ilə birlikdə tərk edib.

Aleksandr Petrov və Ruslan Boşirovun Skripalların zəhərlənməsindən iki gün əvvəl Rusiya pasportları ilə Moskvadan Londona uçduğunu bildilir.
Aleksandr Petrov və Ruslan Boşirovun Skripalların zəhərlənməsindən iki gün əvvəl Rusiya pasportları ilə Moskvadan Londona uçduğunu bildilir.

Skripal və onun qızı Yuliya həmin gün Salisburi şəhərində skamyaya huşsuz halda tapılıb. Bu hadisə Soyuq Müharibədən sonra Şərq-Qərb arasında ən çox diplomatik nümayəndələrin çıxarılmasına səbəb olub.

Böyük Britaniya onların "Noviçok" adlı sinir qazı ilə zəhərləndiklərini və hücumun reallaşdırılmasında Rusiyanın QRU hərbi kəşfiyyat xidmətinin iki casusu ittiham etdiyini bildirir.

Moskva dəfələrlə zəhərlənmə ilə bağlı hər hansı bir əlaqəni rədd edib.

Ötən ay "Telegraph" qəzeti Britaniya polisinin Skripalın öldürülməsinə cəhddə üçüncü kəşfiyyat zabitini aşkar etdiyini bildirsə də, onun adını açıqlamayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG