Accessibility links

Azərbaycanlılar rus və alman cəbhəsində [Video]


9 may - Nasist Almaniyası üzərində qələbə günü
9 may - Nasist Almaniyası üzərində qələbə günü

Azərbaycanda nasizm üzərində qələbənin 67-ci ildönümü qeyd olunur. Müharibə iştirakçılarına 9 milyon manat birbaşa yardım verilib




Mayın 9-da nasizm üzərində qələbənin 67-cü ildönümündə prezident İlham Əliyev Şəhidlər Xiyabanı yaxınlığındakı Dağüstü parkda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi önünə gül çələngi qoyub. O, mərasimdə iştirak edən İkinci Dünya Müharibəsi veteranlarını təbrik edib.

Dövlət başçısının sərəncamı ilə müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım göstəriləcək. Bu məqsədlə Azərbaycan prezidentinin Ehtiyat Fondundan 9 mln. manat vəsait ayrılıb.

9 may -Faşizmi üzərində qələbə günü
9 may -Faşizmi üzərində qələbə günü
1941-1945-ci illər Böyük Vətən Müharibəsində Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 3,4 milyonluq (1941-ci il) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub.
400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas ixracçısı idi (SSRİ-də həmin vaxt istehsal olunan neft və neft məhsullarının 70%-dən çoxu). Bakıda 130-dan çox növ silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.

Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyası yaradılıb, bu diviziyalar Qafqaz dağının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər döyüş yolu keçib.
Azərbaycanlılar arasında ilk dəfə qəhrəman adına 42-ci atıcı alayının tağım komandirinin köməkçisi, baş serjant İsrafil Məmmədov layiq görülüb. 35-ci tank briqadasının komandanı, qvardiyaçı general-mayor Həzi Aslanov iki dəfə qəhrəman adına layiq görülüb.

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 3,4 milyonluq (1941-ci il) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub.
Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 mln.-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.
Azərbaycanlılar Almaniya tərəfdə də müstəqil Azərbaycan dövlət yaranması uğrunda döyüşüblər. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıblar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.

Almaniya tərəfdən Qafqaz cəbhəsində 4.500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb, onlar özlərini ən yaxşı tərəfdən göstəriblər. Məsələn, 804-cü “Aslan” batalyonu bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş “xidmətlərinə” görə təltif edilməsi ilə fərqlənirdi. Həmçinin, “Berqman”, “Donmek” batalyonları da fərqləniblər.

1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradılıb. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrilib.

Ümumilikdə almanların tərəfində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb.
XS
SM
MD
LG