Accessibility links

Rusya ABŞ səfirliyinə rəsmi nota göndərəcək


Rusiyanın dövlət TASS xəbər agentliyi Rusiyanın şimalındakı gizli sınaq poliqonu yaxınlığında üç amerikalının ələ keçirilməsindən sonra Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın Moskvadakı səfirliyinə rəsmi nota verəcəyini deyib.

Birləşmiş Ştatlar Hərbi Dəniz Donanmasının attaşeləri də olmaqla, üç diplomat oktyabrın 14-də 5 nüvə mütəxəssisinin partlayış zamanı öldüyü Severodvinskn Arktik gəmiqayırma zavodu yaxınlığında qatarda gedərkən həbs olunub və Rusiya rəsmiləri tərəfindən qısa şəkildə sorğu-sual edilib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi diplomatların rəsmi səfərdə olduqlarını və onların səyahət planlarının Rusiya hakimiyyəti tərəfindən razılaşdırıldığını bildirib. Diplomatların bölgəyə səfərlərinin səbəbi açıqlanmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, diplomatlar ziyarət etməyi planlaşdırdıqları Arxangelsk şəhərinin 40 kilometrliyində, xaricilərin səfərlərinin məhdud olduğu bir yerdə nəzarət altına alınıb.

İnterfaks agentliyi diplomatlar sərbəst buraxılmazdan əvvəl sənədlərinin yoxlandığını bildirib.

TASS bir mənbəyə istinadən bildirib ki, hüquq-mühafizə orqanları qadağan olunmuş bölgəyə gedən xariciləri qaydaları pozmaqda günahkar bilib.

İnterfaks Rusiya Xarici İşlər Nazirliyinə istinadən diplomatların səhayətləri barədə xəbərdarlıq etdiklərini, lakin bunun fərqli bir yer olduğunu və " çoc güman ki, yollarını azdıqlarını" bildirib.

Severodvinsk həssas bir hərbi bölgə hesab olunur və xaricilər oranı yalnız müəyyən şərtlər altında - əvvəlcədən rəsmi icazə ilə ziyarət edə bilər.

XS
SM
MD
LG