Accessibility links

Rusiya, Çin və Monqolustan birgə hərbi təlimlər keçirib


Rusiya, Çin və Monqolustan hərbi qoşunları Rusiyanın təşkil etdiyi böyük müharibə oyunları mərasimində iştirak edib.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin ölkənin Uzaq Şərq bölgəsində keçirilən böyükmiqyaslı hərbi təlimlərdə iştirak edib.

Moskva ilə Pekin arasında artmaqda olan hərbi əlaqələrə işarə edən manevrlər nümayişi bu ölkələrlə ABŞ arasında gərgin münasibətlərin olduğu vaxtda keçirilib.

Bir həftə davam edəcək hərbi təlimlər Sibirdən Uzaq Şərqə, Şimal Buzlu Okeanından Sakit Okeana qədər geniş ərazidə keçirilir.

XS
SM
MD
LG