Accessibility links

Rusiya KİV-lərə "Fənər" etirazı ilə əlaqədar xəbərləri silməyi əmr edib


Rusiyanın federal media tənzimləyicisi AzadlıqRadiosunun Rus Xidməti və Current Time TV də daxil olmaqla, ölkədəki media qurumlarına rus müxalifət siyasətçisi Aleksey Navalnının həbsinə qarşı planlaşdırılan mobil telefonunun "fənər" ilə etiraz aksiyası ilə bağlı bütün xəbərlərin silməsini əmr edib.

Roskomnadzorun əmri 12 fevral tarixində media qruplarına göndərilib.
Əmrdə deyilir ki, Rusiya hakimiyyəti planlaşdırılmış fənər etirazı ilə bağlı hər bir məlumatı insanların icazəsiz kütləvi nümayişlər və kütləvi qarışıqlığa bir çağırış kimi qiymətləndirir.

Roskomnadzorun əmri həmçinin Meduza və Open Media onlayn qəzetlərinə, eləcə də Sibirin Tomsk şəhərindəki TV-2 xəbər agentliyinə də göndərilib.

Navalnının Tomskdakı komandası şəhər prokurorluğu tərəfindən fevralın 12-də icazəsiz etiraz aksiyası səbəbi ilə məsuliyyətə cəlb oluna biləcəkləri barədə xəbərdarlıq aldıqlarını deyir.

Navalnın komandası Rusiyanın dörd bir yanında insanlara səslənərək 14 fevral tarixində saat 20:00-da 15 dəqiqəliyinə həyətə çıxaraq mobil telefonlarının fənərini yandıraraq göyə tutmasını və fotoları sosial mediada paylaşılmasına çağırıb.

Navalnının komandaları şəbəkəsinin direktoru Leonid Volkov Rusiya daxilində on minlərlə həbsə səbəb olan kütləvi küçə nümayişlərinə polis basqılarına cavab olaraq 9 fevral tarixində taktikanın dəyişdirildiyini bildirib.

"Fənər" etirazı avtoritar prezident Aleksandr Lukaşenkaya qarşı mitinqləri hədəf alan sərt polis basqılarının ardından qonşu Belarusda nümayişçilərin etdiklərinə bənzər bir taktikadır.

Volkov bu növ aksiyanın ölkə daxilində baş verən polis zorakılığına qarşı dinc etiraz nümayisi olduğunu bildirib.

Rəsmilər Volkovun fənər askiyası çağrışını tənqid edir.

Kremlə yaxın siyasi müşahidəçi Aleksey Martınov Navalnının komandasını Sovet müharibəsi veteranlarının anım mərsimində istifadə olunan bu ideanı oğurlamaqda günahlandırıb.

XS
SM
MD
LG