Accessibility links

Rusiya üçüncü gündür Türkiyəyə S-400 sisteminin komponentlərini çatdırır


Türkiyə Müdafiə Nazirliyinin paylaşdığı bu fotoda Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələrinin Ankara şəhəri yaxınlığındakı Mürted hava meydanına çatdırıldığı göstərilir, 12 iyul, 2019.
Türkiyə Müdafiə Nazirliyinin paylaşdığı bu fotoda Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələrinin Ankara şəhəri yaxınlığındakı Mürted hava meydanına çatdırıldığı göstərilir, 12 iyul, 2019.

Rusiya Türkiyə paytaxtı Ankara şəhəri yaxınlığındakı hərbi hava bazasına S-400 raket müdafiə sisteminin yeni komponentlərini çatdırıb.

Türkiyənin Müdafiə Nazirliyi iyulun 14-də Twitter sosial şəbəkəsində Rusiyanın beşinci və altıncı karqo təyyarəsinin Mürted hava meydanında endiyi haqda paylaşımlar edib. Nazirlik bir neça saat ərzində daha iki təyyarənin gəlişinin gözlənildiyini bildirib.

Türkiyə Birləşmiş Ştatların sanksiyaları ilə qarşılaşmaq təhlükəsinə əhəmiyyət verməyərək, S-400 raket müdafiə sisteminin komponentlərinin ilk üç hissəsini iyulun 12-də, dördüncü partiyanı isə iyulun 13-də təhvil alıb.

Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini və F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını hesab edir.

Vaşinqton Türkiyəni ABŞ istehsalı olan Patriot raket müdafiə sistemi almağa çağırıb.

Birləşmiş Ştatlar Türkiyəyə qərarın dəyişdirilməsi, ya da ABŞ-ın F-35 layihəsində iştirakdan məhrum edilmək arasında seçim etmək üçün iyulun 31-ə qədər vaxt verib.

Lakin ABŞ artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başlaylb. Türkiyə pilotlarına döyüş təyyarələrinin idarə edilməsi üçün Birləşmiş Ştatlarda təlimlərin verilməsini dayandırılıb.

XS
SM
MD
LG