Accessibility links

SSJ-100 sərnişin təyyarəsində ölənlərin sayı 41 nəfərə çatıb


Bazar günü Moskvanın Şeremetyevo aeroportunda yerə enərkən yanğın baş verən “Suxoy Superjet-100” (SSJ-100) sərnişin təyyarəsində ölənlərin sayı azı 41 nəfərə çatıb.

Rusiya İqtintaq Komitəsinin sözçüsü Yelebna Markovskaya bazar ertəsi səhər müxbirlərlə söhbəti zamanı qəza nəticəsində 41 nəfərin öldüyünü, 37 nəfərin isə xilas edildiyini deyib.

İqtintaq Komitəsi ölənlər arasında bir ekipal üzvünün, iki yeniyetmənin və bir amerikalının olduğunu bildirib.

Təcili enməyə məcbur olarkən qəzaya uğrayan Rusiyanın Aeroflot şirkətinə məxsus SSJ-100 təyyarəsində 73 sərnişinin və 5 ekipaj üzvünün olduğu bildirilib. Rusiya televiziyası ilə nümayiş etdirilən videolarda yanğının təyyarə yerə enərkən alt hissəində başladığını görmək olub.

Rusiyanın İnterfax xəbər agentliyi ola bilsin təyyarənin ildırım səbəbindən geriyə dönərək, yerə enməli olduğunu bildirib. İnterfax-ın dediyinə görə, yanğın təyyarə yerə enərkən şassilərdən birinin qopduğuna və yanacaq bakına zibil dolduğuna görə baş verib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi bazar günü baş verən qəzadan sonra SSJ-100 təyyarələrindən istifadənin dayandırıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG