Accessibility links

Rusiya Şimali Koreyanın balıqçı gəmilərini saxlayıb


Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü Moskvanın özünün iqtisadi zonası hesab etdiyi sularda brakonyerliyə görə Şimali Koreyanın üç balıqçı gəmisinı və 262 ekipaj üzvünü saxladığını bildirib.

Rusiyanın patrul gəmisinin Şimali Koreyaya məxsus balıqçı gəmilərindən birini ələ keçirdiyi video görüntülər nümayiş etdirilib.

Hesabatda deyilir ki, gəmilər və heyət Rusiyanın Uzaq Şərqdəki Naxodka limanına aparılıb və orada sərhədçilərin ələ keçirdiyi gəmilərdən qanunsuz ovlanan 30 min kalmar və ov üçün texnika müsadirə edildilib.

Keçən həftə də Rusiya Şimali Koreyaya məxsus digər balıqçı gəmisini Yapon Dənizində saxlamışdı.

Balıqçılarla Rusiya qüvvələri arasında atışma olmuş və balıqçılardan biri yaralanmış, sonradan aldığı yaralardan ölmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG