Rusiya hökuməti artan zibil böhranı ilə üzləşir. Belə ki, Rusiyanın onlarla qəsəbəsində Moskva və digər şəhər mərkəzlərindən ətraf ərazilərə zibillərin gətirilməsi qəzəblə qarşılanır. Artan ictimai təzyiqlərlə üzləşən Kreml yeni bir fikir təqdim edib - təkrar emal.
Bugünkü Moskva həm təmizlik, həm də səmərəliliyə görə xəyallardakı bir şəhəri kimi görünə bilər. Lakin pərdə arxasında Rusiya paytaxtı zibildən boğulmaqdadır.
12 milyon sakini olan şəgər ildə 7 milyon tondan çox tullantı istehsal edir ki, bunun yalnız bir hissəsi təkrar emal olunur. Qalanları isə cəmi iki saatlıq məsafədə yerləşən tarixi şəhər Aleksandrov kimi yerlərdə daşınır.
Yerli sakinlər son bir neçə ildə Moskvadan gətirilən zibillərinn şəhərin kənarında bir dağ yaratdığını deyirlər. Aleksandrov şəhərinin sakini Vladimir Saunin: "Buraya gələndə gözlərim yaşarır, üzüm şişir, allergiya oluram. Bu, fəlakətdir. Burada yaşayanların hamısı belə düşünür."
Bu zibil dağına qarşı mübarizə aparan yerli fəallar sadəcə təmiz hava istədiklərinə görə təhdid olunduqlarını deyirlər. Yerli fəal Vitali Katasov: "Mən müxalifətə və ya bəzi etiraz hərəkatlarına qoşulmaq istəmirəm. Ancaq başqa çıxış yolunun qaldığına da əmin deyiləm. Çünki hakimiyyət bizi dinləmir. Dinlənməyimiz üçün isə yeganə yol budur."
Aleksandrovda son ən böyük kütləvi etiraz aksiyası böyüyən zibilliyin sağlamlığa vurduğu narahatlıqlarına görə dekabrda keçirilib. Oxşar mənzərəni ölkənin onlarla digər şəhərində də görmək olar. Rusiya öz böyük şəhərlərindən gələn zibil problemi ilə üzləşir. Lakin ictimai qəzəb ən çox öz tullantılarını yoxsul icmalara tətbiq edən Moskvaya yönəldib.
Kreml getdikcə artan təzyiqləri hiss edir.Prezident Vladimir Putin bu il tullantı və təkrar emal sahəsində yeni islahatları təqdim edərək, hökumətin bu problemi həll etmək üçün ləng işlədiyini etiraf edib. "Çatışmayan nədir - insanlarla birbaşa dialoq qurmaq, onlara necə və nə etdiyimizi izah etməkdir" deyə, Putin bildirib.
Moskva da artıq bu işə başlayır. Bu yaxınlarda şəhərə yeni zibil qutuları yerləşdirilib. Bu müsbət hal olsa da, ətraf mühit müdafiəçiləri moskvalıların vərdişlərindən vaz keçmələri üçün bunun kifayət etmədiyini deyir.