Accessibility links

Rusiyada koronavirusa yoluxanların sayı 135 000-ə, ölənlərin sayı isə 1280-ə çatıb


Hökümət nümayəndələrinin bazar günü verdiyi məlumata görə, son 24 saat ərzində Rusiyada koronavirusa yoluxma hallarında rekord artım müşahidə ediıib.

Bir gündə 10 633 yeni yoluxma halı qeydə alınıb ki, bu, Rusiyada virusun baş qaldırmasından bəri ən yüksək rəqəmdir və ölkədə koronavirusa yoluxanların ümumi sayı 135 minə çatdırıb. Bazar günü Rusiyada daha 58 nəfərin öldüyü bildirilib və bununla koronavirusdan ölənlərin sayı 1280-ə çatıb. Rusiyada ölüm halları hələ də ABŞ, İtaliya və bir sıra digər ölkələrə nisbətən daha aşağıdır.

Bazar günü verilən son rəsmi hesabatda 174 000 nəfərin testdən keçdiyi bildirildikdən sonra Rusiyanın TASS xəbər agentliyi bu günə qədər 4,1 milyon insanın koronavirus testindən keçdiyini bildirib.

Keçən həftənin əvvəlində Rusiyanın baş naziri Mixail Mişustin ölkənin COVID-19 diaqnozu qoyulan ən yüksək rəsmisi olub.

Rusiyada qeydə alınan yeni yoluxma hallarının yarıdan çoxu - 5948 yoluxma Moskvada qeydə alınıb. Paytaxtda koronavirusa yoluxanların sayı 68 606 nəfərdir. Moskva sakinlərinin 2 faizi (təxminən 250 000 nəfər) koronavirusa yoluxub.

XS
SM
MD
LG