Accessibility links

Rusiya 1981-ci ildən sonra ən genişmiqyaslı hərbi təlimlər keçirəcək


Rusiyanın müdafiə naziri Sergey Şoyqu

Rusiya son 40 ildə ən genişmiqyaslı hərbi təlimlər keçiriləcəyini elan edib. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Təlimlərdə Çin və Monqolustanın da orduları iştirak edəcək.

Şoyqunun açıqladığı bəyanatda bildirilir ki, Vostok-2018 adlanan hərbi təlimlərə Rusiya hərbi qüvvələrinin 300 minə yaxın əsgəri, mindən çox hərbi təyyarə, Rusiyanın hərbi dəniz donanmasının iki flotiliyası, hərbi hava qüvvələrinin bütün birləşmələri cəlb olunacaq.

Hərbi manevrlər Rusiya ilə Qərb arasında münasibətlərin gərgin olduğu bir vaxta təsadüf edi. Rusiya özünün qərb sərhədində NATO hərbi alyansının Moskvanın bildirdiyi kimi əsassız şəkildə gücləndirilməsi ilə bağlı narahatlıqlarını bildirib.

NATO qüvvələrinin tank birləşmələri Litvada
NATO qüvvələrinin tank birləşmələri Litvada

NATO isə Şərqi Avropada qüvvələrin Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsi və Ukrayanın şərqində separatçılara dəstək verməsindən sonra Moskvanın mümkün hərbi təcavüzünün qarşısının alınması məqsədilə yerləşdirildiyini bəyan edir.

Rusiyada sentyabrın 11-dın 15-ə kimi keçiriləcək hərbi manevrlərin şərqdə Yaponiyanın da narazılığına səbəb olacağı gözlənilir. Rəsmi Tokio Rusiyanın uzaq şərqdə hərbi gücünü artırdıığını bəyan edir.

Yaponiyanın baş naziri Şinzo Abenin həmin vaxt Vladivostokda foruma qatılması planlaşdırılıb. Yaponiyanın Xarici İşlər Nazirliyi Tokionun Rusiya-Çin hərbi əməkdaşlığını diqqətlə izlədiyini bildirib.

XS
SM
MD
LG