Accessibility links

Rusiya ABŞ-ı daxili işlərinə müdaxilədə günahlandırır


Hüquq-mühafizə orqanı zabitləri Moskvada mitinq zamanı etirazçını həbs edir. 3 avqust 2019.
Hüquq-mühafizə orqanı zabitləri Moskvada mitinq zamanı etirazçını həbs edir. 3 avqust 2019.

Rusiya cümə günü ABŞ səfirliyini Rusiyanın daxili işlərinə müdaxilə etməkdə günahlandırır. Buna səbəb səfirliyin bu ayın əvvəlində hökümət əleyhinə icazəsiz mitinqin marşrutunu əks etdirən onlayn xəritə paylaşması olub.

Rusiyanaın Xarici İşlər Nazirliyi ABŞ-ın yüksək səviyyəli diplomatını Twitter-də və səfirliyin veb səhifəsində Rusiya müxalifətinin avqustunda 3-də keçirilən mitinqdən öncə hazırladığı xəritənin dərc olunması səbəbilə nazirliyə dəvət edib

Rusiya polisi həmin mitinqdə mindən çox insanı həbs edib. Bu, Moskavada gələn ay keçiriləcək yerli seçkidən öncə keçirilən bir sıra etiraz aksiyalarından sonuncusudur. Seçki səbəbilə müxalifətlə rəsmilər arasında son illərin ən böyük qarşıdurması yaşanıb.

ABŞ səfirliyi avqustun 2-də veb səhifəsində ingilis dilində yyadığı bəyanatda Amerika vətəndaşlarına mitinqin keçiriləcəyi yerlerə getməmələri barədə xəbərdarlıq edib və Moskva rəmsilərinin mitinqin keçirilməsinə icazə vermədiyini qeyd edib. tərəfindən ic

Bəyanatda mitinqin nəzərdə tutulan marşrutu, habelə mitinlə bağlı rus dilində başqa detal və məlumatlar yer alıb.

ABŞ səfirliyi Amerikanın səsini şərh çağırışına cavab verməyib.

Şikayət Rusiya Almaniya kanalı Deutsche Welle-ni də rusiyalıları hökümət əleyhinə etirazlarda iştirak etməyə çağırmaqda ittiham etdiyindən bir gün soraya təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG